SENATOR RİÇARD LUQAR XARİCİ RADİOSTANSİYALARININ TALEYİ İLƏ BAĞLI PREZİDENT ƏLİYEVƏ MÜRACİƏT EDİB

Dünən (09 dekabr) ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin məsul üzvü, ABŞ senatoru Riçard Luqar tərəfindən Prezident İlham Əliyevə “Azadlıq”, “Amerikanın səsi” və BBC radiostansiyalarının Azərbaycanda FM dalğalarında yayımını davam etdirməsi üçün yarana biləcək  problemlərin həllinə yardım etməklə bağlı çağırış xarakterli məktub ünvanlayıb.

“Azad Avropa və Azadlıq” radiosunun verdiyi məlumata görə, senator Luqar demişdir: “Bu stansiyaların FM tezliklərindən çıxarılması şübhəsiz ki, Vaşinqtonda prezidentlərin dəyişildiyi bir dövrdə  neqativ və səmərəsiz bir göstərici kimi müşahidə ediləcək”, – deyə Luqarın məktubunda bildirilir.  “Mən ümid edirəm ki, sizin rəhbərliyinizlə Azərbaycan qanununa hörmətlə yanaşan və bu hörmət sahibi olan xəbər kanallarının geniş auditoriya qarşısında yayımını davam etdirmək hüququnu qoruyub saxlayan münasib bir qərar (həll) əldə olunacaq”, – deyə senator Luqar məktubunu yekunlaşdırır.
 
“Azad Avropa və Azadlıq” Radiosunun press-relizini aşağıdakı ünvanda oxuya bilərsiniz:

http://www.rferl.org/content/Top_US_Senator_Urges_Baku_To_Reconsider_Broadcasting_Ruling/1357702.html

Previous Post

“ANS PRESS”İN SAYTI DAĞIDILIB

Next Post

“AZƏRBAYCANDA İNSAN HÜQUQLARININ MÜDAFİƏSİLƏ BAĞLI YENİ İCTİMAİ BİRLİK TƏSİS EDİLDİ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.