ANS MTRŞ-NİN QƏRARINI QƏRƏZLİ HESAB EDİR

ANS Şirkətlər Qrupu Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS ÇM radiosuna etdiyi xəbərdarlığı əsassız və qərəzli hesab edir. Bu barədə məsələ ilə bağlı keçirdiyi mətbuat konfransında ANS Müstəqil Yayım və Media Şirkətinin Yaradıcılıq Şurasının sədri Mirşahin Ağayev mətbuata açıqlama verib:

“ANS-in hüquq departamentinin də yaxından iştirakı ilə çox səylə apardığımız 3 günlük araşdırmalar göstərdi ki, MTRŞ-nin ANS ÇM radiostansiyasına şifahi xəbərdarlığı barədə KİV-də yayılan məlumatlar əsassızdır və bu barədə təcili təkzib verilməlidir” – deyən Mirşahin vurğulayıb ki,MTRŞ-nin heç bir fakta əsaslanmayan, hansısa qeyri-müəyyən çoxsaylı tamaşaçı zənginə söykənən qərarı ilə bağlı məlumat qərəz xarakterlidir.
     Mirşahin Ağayevin açıqlamasına münasibət bildirən Nuşirəvan Məhərrəmli isə MTRŞ-nin qərarının real faktlara deyil, hansısa dinləyici zənglərinə əsaslanması barədə ittihamın düzgün olmadığını deyib: “Əlimizdə sözügedən verilişin audio yazısı var. Bütün bunları da ANS ÇM-in nümayəndələri ilə müzakirə etdik. Həmin verilişdə çox ədəbsiz ifadələr işlənilib”.
     Xatırladaq ki, ötən həftə MTRŞ ANS ÇM-in «Gənc Klub» verilişində verilişində bir neçə dəfə milli-mənəvi dəyərləri nəzərə almayan, etik normalara uyğun olmayan halların qeydə alınması ilə bağlı radioya xəbərdarlıq edilməsi ilə bağlı KİV-ə məlumat vermişdi.
Previous Post

KİV VƏ QHT QANUNUNA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR İYUNUN 30-DA MÜZAKİRƏ OLUNACAQ

Next Post

ƏDLİYYƏ NAZİRLİYİNİN EKSPERTİZA MƏRKƏZİ ƏVƏZ ZEYNALLININ TƏRCÜMƏSİNƏ MƏNFİ RƏY VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.