“ANS” TELEKANALININ ÇƏKİLİŞ QRUPUNA HÜCUM OLUB

Dünən (19 dekabr) “ANS” (Azerbaijan News Service) televiziyasına məxsus maşına hücum olub.

Telekanala məxsus «Damas» markalı avtomobili  televiziya əməkdaşlarını Neftçilər prospektində baş verən yol qəza hadisəsi  zamanı xəsarət alan şəxslərlə bağlı çəkiliş aparmaq üçün 1 saylı şəhər xəstəxanasına apararkən “Azneft” dairəsindən "Azadlıq" meydanına gedən yolda sahibi məlum olunmayan, «Mercedes» markalı 10-KE-733 dövlət nömrə nişanlı avtomobilin hücumuna məruz qalıb. Naməlum sürücü idarə etdiyi «Mercedes» markalı avtomaşını «Damas»ın üstünə sürüb. «Damas»ın sürücüsünün sayıqlığı nəticəsində qəzanın baş verməsinin qarşısı alınıb. Bu barədə “ANS-PRESS” məlumat verir. 
Məlumata görə, Bundan sonra «Mercedes»ə daha bir avtomaşın qoşulub. Bu 10-UG-733 dövlət nömrə nişanı olan «Mitsubishi Pajero» markalı avtomobil olub. "Mitsubishi"nin sürücüsü idarə etdiyi avtomaşını ilə ANS TV-yə məxsus «Damas» markalı avtomobilin qarşısına keçərək, maşını çəpəki saxlamaqla içərisində çəkiliş qrupu olan maşının hərəkət etməsinə imkan verməyib. Maşını zorla dayandırandan sonra «Mersedes» və «Mitsubishi» markalı avtomaşından düşən 5-6 nəfər sərxoş şəxs ANS-in işçilərini təhqir edərək maşından düşmüş, onları təhqiramiz ifadələrlə təhqir edərək  təxribata çəkməyə səy göstəriblər. Lakin qarşı tərəfə reaksiya verməyən əməkdaşlarımız uzun sürən mübahisələrdən sonra ərazidən uzaqlaşmağa nail ola biliblər.
Qeyd edək ki, artıq baş vermiş insidentlə bağlı ANS televiziyasının rəhbərliyi rəsmi olaraq Səbail rayon Polis İdarəsinə müraciət edib.
Baş vermiş insidentlə bağlı cinayət işinin başlayıb-başlamadığını dəqiqləşdirmək üçün RATİ əməkdaşları Səbail RPİ ilə telefon əlaqəsi saxlayıb. Növbətçi hissənin Əlizadə soyadlı əməkdaşı polisdə belə bir faktla bağlı hər hansı  bir məlumatın olmadığını bildirdi.
Previous Post

NAXÇIVANDA FƏALİYYƏT GÖSTƏRƏN MƏTBUAT ORQANLARININ VEB SƏHİFƏSİ YOXDUR

Next Post

HƏYAT YOLDAŞI VƏ ANASI SAKİT ZAHİDOVLA GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.