NAXÇIVANDA FƏALİYYƏT GÖSTƏRƏN MƏTBUAT ORQANLARININ VEB SƏHİFƏSİ YOXDUR

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yerli mətbuat orqanlarının hamısı hökumətə məxsus olsa da, “Naxçıvanın səsi” radiosu istisna olunmaqla heç bir mətbuat orqanının veb səhifəsi yoxdur.

Amma  “Naxçıvanın səsi” radiosunun da  veb səhifəsi  aylarla yenilənmir. Bu RATİ-nin Naxçıvandakı müxbirlərinin araşdırmaları zamanı bəlli olub.
Xatırladaq ki, Muxtar Respublikada Ali Məclisin  Naxçıvan Dövlət Televiziyası (NTV) və Naxçıvan Dövlət Radiosu, habelə Naxçıvan Muxtar Respublika Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin nəzdində isə “Kanal 35” televiziyası və “Naxçıvanın səsi”  radiosu fəaliyyət göstərir.
Muxtar Respublikada cəmi 9 yerli qəzet dərc olunur. Bunlar – Ali Məclisin orqanı olan “Şərq Qapısı”,  Naxçıvan şəhər İcra Hakimiyyətinin orqanı olan “ Nuh yurdu”, Şahbuz rayon İcra Hakimiyyətinin orqanı olan “Oğuz səsi”, Şərur rayon İcra Hakimiyyətinin orqanı olan “Şərurun səsi”, Sədərək rayon İcra Hakimiyyətinin orqanı olan “Oğuz yurdu”, Kəngərli rayon İcra Hakimiyyətinin orqanı olan “Yeni həyat”, Babək rayon İcra Hakimiyyətinin orqanı olan “Şərqin səsi”, Culfa rayon İcra Hakimiyyətinin orqanı olan “Arazın səsi”, Ordubad rayon İcra Hakimiyyətinin orqanı olan “El həyatı” qəzetləridir.
Previous Post

Sülh və Demokratiya İnstitutunun təşəbüsü ilə keçirilmiş mətbuat komfransı

Next Post

“ANS” TELEKANALININ ÇƏKİLİŞ QRUPUNA HÜCUM OLUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.