ANTV-ONLAYN VƏ ŞAHVƏLƏD ÇOBANOĞLU BEYNƏLXALQ MÜKAFAT ALIBLAR

Jurnalist Şahvələd Çobanoğlu və AN onlayn televiziyası Gerd Buserius adına “Şərqi Avropada azad mətbuat” mükafatına layiq görülüblər. Bu barədə “Turan” informasiya agentliyinə məlumat verən fondun nümayəndəsi Hamman Frauke bildirib ki, müxalif qəzetlərdə tənqidi yazılar və ifşaedici məqalələr dərc edən Şahvələd Çobanoğluna 10 000 avro təqdim edilib.

O həmçinin AN onlayn televiziyasına da 10 000 avro təqdim edildiyini bildirib və qeyd edib ki, Azərbaycanda bu yeganə müstəqil İnternet-telekanal dövlət televiziyası ilə görmək mümkün olmayan verilişlər nümayiş etdirir.
Qeyd edək ki, AN onlayn televiziyasının rəhbəri Emin Milli və layihə iştirakçısı Adnan Hacızadə həbsdədir.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

Previous Post

TƏLƏBƏ-JURNALİSTİN NEFT AKADEMİYASINA QARŞI İDDİASINA MARTIN 5-DƏ BAXILACAQ

Next Post

ƏYYUB KƏRİMOV APELLYASİYA ŞİKAYƏTİ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.