ƏYYUB KƏRİMOV APELLYASİYA ŞİKAYƏTİ VERİB

“Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimov Daxili İşlər Naziri Ramil Usubovun iddiası əsasında Yasamal Rayon Məhkəməsinin çıxardığı hökmdən  apellyasiya şikayəti verib. Xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun özü verib. O, birinci instansiya məhkəməsinin çıxardığı hökmü  tam qanunsuz hesab etdiyini və ləğv olunmasını istədiyini bildirdi.

Xatırladaq ki, Daxili İşlər naziri Ramil Usubov “Femida 007” qəzetində  “Məktubbazlıq”, “MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir” başlıqlı, “Azadlıq”  qəzetində isə “DİN oyunun içində və oyundankənar vəziyyətdə” sərlövhəli yazıların böhtan xarakterli olduğunu əsas gətirərək Ə. Kərimova qarşı Cinayət məcəlləsinin 147.2-ci maddəsilə iddia qaldırmış və Yasamal rayon Məhkəməsi isə bu iddiaya əsasən Ə.Kərimovun aylıq gəlirinin 15 faizinin dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri ilə cəzalandırılması barədə hökm çıxarıb.
Previous Post

ANTV-ONLAYN VƏ ŞAHVƏLƏD ÇOBANOĞLU BEYNƏLXALQ MÜKAFAT ALIBLAR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.