“YENİ MÜSAVAT” QƏZETİNƏ ETİRAZ AKSİYASI KEÇİRMƏYƏ İCAZƏ VERİLMƏYİB

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) “Yeni Müsavat” qəzetinin piket keçirmək istəyinə rədd cavabı verib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən qəzetin baş redaktoru Rauf Arifoğlu bildirib ki, bununla bağlı məhkəməyə müraciət edəcək. O, qeyd edib ki, BŞİH-in müvafiq bildiyi yerdə piket keçirmək üçün növbəti müraciət olunacaq. “Növbəti müraciətimizə də rədd cavabı verilsə, heç bir xəbərdarlıq edilmədən şəhərin mərkəzində piket keçirəcəyik” – deyə R.Arifoğlu vurğuladı.
Xatırladaq ki, “Yeni Müsavat” qəzeti həbsdə olan jurnalistlərin azad edilməsi tələbi ilə fevralın 19-da Sabir bağında piket keçirilməsinə icazə verilməsi ilə  bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmişdi.
Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

EMİN MİLLİ VƏ ADNAN HACIZADƏNİN AZAD OLUNMASI ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT EDİLİB

Next Post

VƏKİL GƏNC BLOQÇULARIN ŞİKAYƏTİNƏ BAXAN HAKİM HEYƏTİNƏ ETİRAZ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.