KİTABIN MƏHV EDİLMƏSİ HAQQINDA QƏRARDAN VERİLƏN ŞİKAYƏTƏ GƏLƏN AY BAXILACAQ

Bu gün Apellyasiya Məhkəməsinin hakimi Rəşadət Ağayevin sədrliyi ilə “İTV mətbuat aynasında” kitabının məhv edilməsi haqqında çıxarılmış qərardan verilən şikayət üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Belə ki, İTV prosesin təxirə salınması xahişi ilə məhkəməyə müraciət edib. Katib telekanalın hansı səbəbdən müraciət etdiyinə aydınlıq gətirməsə də RATİ-nin əməkdaşı ilə söhbətində vurğulayıb ki, “işə baxacaq hakimlərdən biri seminardadır. Və bu da artıq əsas verir ki, məhkəmə təxirə salınsın”.
Proses 12 mart saat 16:30-a təyin edilib.
Xatırladaq ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Allahverən Həsənov 13 noyabr 2007-ci il tarixində “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəylinin tərtibatçısı olduğu “İTV mətbuat aynasında” kitabının məhv edilməsi haqqında qərar çıxarmışdı. İTV bu kitabı telekanalın işgüzar nüfuzunu ləkələyən mətbu nəşr hesab edilməsi, kütləvi satışdan yığışdırılaraq məhv edilməsi və yenidən nəşr olunmasının qadağan edilməsi və Rövşən Hacıbəylinin İTV kollektivindən üzr istəməsi haqqında qərarın çıxarılması xahişi ilə 20 fevral 2007-ci ildə məhkəməyə müraciət etmişdi. Məhkəmə iddianı təmin etdiyindən Rövşən Hacıbəyli Apellyasiya Məhkəməsinə şikayət etmişdi.

Previous Post

ÜZEYİR CƏFƏROV “AZERCELL” ŞİRKƏTİNİ MƏHKƏMƏYƏ VERMƏKDƏ İSRARLIDIR

Next Post

ELMAR HÜSEYNOVUN QƏBRİ ZİYARƏT EDİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.