ÖLÜMLƏ HƏDƏLƏNƏN JURNALİSTLƏRLƏ BAĞLI DİN-Ə MÜRACİƏT EDİLİB

Ölümlə hədələnən jurnalistlərlə bağlı iyulun 31-də Daxili İşlər Nazirliyinə (DİN) müraciət edilib. Bu barədə bu gün (1 avqust)  “Yeni Müsavat” qəzeti məlumat verib.

Qəzetin məlumatına görə, müraciətdə əməkdaşlarının və digər jurnalistlərin həyatına yaranan təhlükənin araşdırılması  istənilib. Qeyd edək ki, hədələnən jurnalistlərin siyahısındakı 18 jurnalistdən 3-ü –  Zamin Hacı, Murad Köhnəqala və Sevinc Telmanqızı “Yeni Müsavat” qəzetinin əməkdaşlarıdır.
Xatırladaq ki, ötən həftə ölkədəki bir qrup jurnalistə  dadasnanas@rambler.ru ünvanından gələn məktub qələm əhlinə xəbərdarlıq xarakteri daşıyır. Məktubda yazılanlar isə belədir: “Bu yaxınlarda aranızda bir jurnalistin qanı töküləcək və onun kimi küçəyə öldürülüb atılacaq. Arxasınca narkoman söyləməyin, lütfən. Bu xəbəri qulaqardına vurmayın və təsirli də olsa, belə olacaq. Bildiyiniz orqandan birbaşa yazıram. Rəşadın necə küçəyə atılmasının sirlərini xaricə çıxa bilsəm, ətraflı yazacam sizə. Kameradan çıxarılan material var əlimdə”. EM imzası qoyulan məktubda 18 jurnalistin adı çəkilir və onlardan birinin öldürüləcəyi vurğulanır.

Previous Post

DAHA BİR ƏCNƏBİ JURNALİST AZƏRBAYCANA BURAXILMADI

Next Post

AVTOXULİQANLARA QARŞI BİRGƏ MÜBARİZƏ APARAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.