DAHA BİR ƏCNƏBİ JURNALİST AZƏRBAYCANA BURAXILMADI

“İsvestiya” («Известия») qəzetinin müxbiri Yuri Sneqirev Azərbaycana buraxılmayıb.  “Qafqazinfo”nun məlumatına görə, Dağlıq Qarabağa səfər edəndən sonra Bakıya gəlmək istəyən jurnalist səfərinin təəssüratları ilə bağlı “Qarabağda müharibə gözləmirlər, lakin hazırlaşırlar” adlı məqalə dərc edib.

 “Rusiyanın səsi” radiostansiyasının yaydığı məlumatında bildirilib ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin jurnalistə iradı rəsmi olaraq Xankəndinin adının məqaləsində düzgün göstərilməməsi olub.
Yeri gəlmişkən onu da qeyd edək ki, Ermənistanın işğalı altında olan qondarma Dağlıq Qarabağa rəsmi Bakının icazəsi olmadan səfər edən şəxslər, o cümlədən jurnalistlər rəsmi Bakı tərəfindən qara siyahıya salınır və belə şəxslər Azərbaycana buraxılmır.  

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİ VƏ JURNALİSTİN DÖYÜLMƏSİ İLƏ BAĞLI CİNAYƏT İŞİ YEKUNLAŞMAQ ÜZRƏDİR

Next Post

ÖLÜMLƏ HƏDƏLƏNƏN JURNALİSTLƏRLƏ BAĞLI DİN-Ə MÜRACİƏT EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.