“İDEAL” QƏZETİ VƏ QƏZETİN TƏSİSÇİSİ BARƏDƏ MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT EDİLİB

Bu gün (28 noyabr) RATİ-nin mətbuat mərkəzində Səbirə Mahmudova (Qarabağın Həcərı)  “İdeal” qəzeti və qəzetin təsisçisi Nazim Quliyevlə bağlı mətbuat konfransı keçirdi.

Mahmudova qəzetdə mütəmadi olaraq Azərbaycan qadınını təhqir edildiyini iddia edərək özünün (http://www.irfs.az/content/view/1518/28/lang,az/) və “Azət-türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı  tərəfindən (http://www.irfs.az/content/view/1464/28/lang,az/) məhkəməyə müraciət edildiyini, artıq qəzetin baş redaktoru Əli Həsənovun həbsinə nail olduqlarını bildirdi. ”Əli Həsənov Nazim Quliyevin qurbanı oldu. Amma bu hələ son deyil. Mən bu qəzetlə bağlı birinci xanım Mehriban Əliyevaya məktub ünvanlamışam. Hesab edirəm ki, bu barədə tədbir görüləcək”, – deyə qeyd edən Mahmudovaya görə Quliyev də mütləq həbs olunmalıdır.
Xatırladaq ki, oktyabrın 30-da Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində "İdeal" qəzetinin təsisçisi Nazim Quliyev haqqında həbs qəti-imkan tədbirinin seçilməsi və haqqında axtarış elan olunması ilə əlaqədar qərar çıxarılıb.
Noyabrın 14-də isə Nəsimi rayon Məhkəməsinidə hakim Elmar Kərimovun sədrliyi ilə  keçirilən məhkəmə prosesində Əli Həsənov 6 ay müddətinə azadlıqdan məhrumertmə cəzası ilə cəzalandırılıb.
Noyabrın 15-dən isə gündəlik dərc olunan “İdeal” qəzeti nəşrini dayandırıb.
Previous Post

VEB BANNER KAMPANIYASI: “AZAD CƏMİYYƏTLƏR AZAD RADİOSTANSİYALARA MALİKDİR”

Next Post

NORVEÇ SƏFİRLİYİNİN BİRİNCİ KATİBİ EYNULLA FƏTULLAYEVƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.