VEB BANNER KAMPANIYASI: “AZAD CƏMİYYƏTLƏR AZAD RADİOSTANSİYALARA MALİKDİR”

Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu özünün veb  banner kampaniyasını təqdim edir.

RATİ yerli və beynəlxalq təşkilatları, habelə  KİV-i Azərbaycanın yerli FM dalğalarında  "Amerikanın Səsi", "Azadlıq"  və "Britaniya Yayım Şirkəti"nin (BBC) radiostansiyalarının yayımının davam etməsinə dəstək məqsədilə bu kampaniyaya qoşulmağa səsləyir.
RATİ həm Azərbaycan, həm də ingilis dillərində "Azad cəmiyyətlər azad radiostansiyalara malikdirlər" adlı banner yaradıb. Biz "Amerikanın Səsi", "Azadlıq"  və "BBC"-nin Azərbaycanda yerli  FM dalğalarında yayımlarını davam etmələrini dəstəkləyirik. RATİ təşkilatlardan xahiş edir ki, bu banneri (banner bu emailə əlavə edilib) dekabr ayı boyunca – Azərbaycan hökumətinin "BBC", "Amerikanın Səsi" və "Azadlıq" radiostansiyalarının milli tezliklərlə yayımı ilə bağlı son qərar verənədək – öz saytlarında nümayiş etdirsinlər.
Oktyabrın sonunda Azərbaycanın  hökumət rəsmiləri bu ilin sonundan yuxarıda adları çəkilən 3  radiostansiyanın milli tezliklərlə yayımını dayandırmaq barədə niyyətlərini aşkar etdilər. Hökumətə əsasən, bu radiostansiyalar yalnız peyk və internet vasitəsilə yayımlanacaqlar. lakin Azərbaycanda peyk radiosu yoxdur, mobil internet isə geniş yayılmayıb və ya Azərbaycan əhalisinin çoxu üçün bu vasitələrlə radioları dinləmək maddi nöqteyi-nəzərdən əlçatmazdır. Hökumət rəsmiləri iddia edirlər ki, FM tezlikləri yerli sahibkarlara məxsus radostansiyalar üçün lazımdır. Amma bu sahə üzrə mütəxəssislərin RATİ-yə bildirdiyinə görə, Azərbaycanda kifayər qədər boş tezlik var və ölkə plan üzrə rəqəmsal yayıma keçəndə tezliklərin sayı daha da çox olacaq.
Vətəndaş Cəmiyyəti və beynəlxalq müşahidəçilər deyir ki, bu qərar siyasi  xarakter daşıya bilər. Azərbaycan mediası (televiziya və radiolar) "Amerikanın Səsi", "Azadlıq" və "BBC" radiostansiyaları  istisna olmaqla, iqtidarın əlaltıları tərəfindən 100% inhisara alınmışdır. Bu üç radiostansiya isə Azərbaycan vətəndaşlarına ölkə daxili və bütün dünyada baş verən hadisələr haqqında canlı, etıbarlı məlumat verir. Bundan əlavə, bu radiostansiyalar təcili diqqət tələb edən ictimai, iqtisadi və siyasi məsələlər üzrə canlı dəyirmi masalar, diskussiyalar təşkil etməklə də tanınırlar.
Previous Post

ELAN

Next Post

“İDEAL” QƏZETİ VƏ QƏZETİN TƏSİSÇİSİ BARƏDƏ MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.