“BİZİM YOL” QƏZETİNİN ƏMƏKDAŞININ APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (6 iyun) Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimovun  Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin təhqiqatçısı Fazil Mahmudova qarşı iddiası üzrə Səbail rayon Məhkəməsinin 27 may 2011-ci il tarixli qərarından verdiyi apellyasiya şikayətinə əsasən məhkəmə prosesi keçirildi.

Hakim Q. Məmmədov Səbail rayon Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar elan edib.  Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) R. İbrahimovun özü məlumat verib.

 

Xatırladaq ki, “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov  fevralın 12-də Prezident Administrasiyasının qarşısında keçirilən etiraz aksiyasından reportaj hazırlayarkən mülki geyimli şəxslər tərəfindən fiziki hücuma məruz qalması ilə bağlı  Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə şikayət edib. Lakin bölmədə onun şikayəti araşdırılmayıb. Təhqiqatçı Fazil Mahmudovun qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarıb. Jurnalist həmin qərardan şikayət verib.

 

“Bizim Yol” qəzeti 2003-cü ildən çıxır, hazırda gündəlik Azərbaycan dilində nəşr olunur.

 

Previous Post

“MODERN.AZ” SAYTI FƏALİYYƏTİNİ DAYANDIRIR

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.