“MODERN.AZ” SAYTI FƏALİYYƏTİNİ DAYANDIRIR

Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin təşəbbüsü ilə informasiya-xəbər portalı kimi nəzərdə tutularaq yaradılmış “modern.az”  saytı  fəaliyyətini dayandırır. Bu barədə bu gün (06 iyun)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) PJB-nin sədri Elşad Eyvazlı məlumat verib.

Onun sözlərinə görə,  KİV-də parlament-cəmiyyət  münasibətlərinin səmərəli əməkdaşlığının yaradılması və peşəkar media prinsipləri ilə yeni media texnologiyalarının tətbiqinə dəstək kimi nəzərdə tutulmuş “modern.az” xəbər portalı 2011-ci ilin iyun ayının sonundan fəaliyyətini dayandırmaq niyyətindədir.

“Bildiyiniz kimi, “modern.az” saytı KİV-lə parlament – cəmiyyət arasında əməkdaşlığın yaradılmasına yönəldilən, eləcə də media ilə sıx şəklidə işləyən internet qəzeti idi. Fəaliyyət göstərdiyi 2 il ərzində “modern.az” ilk dəfə olaraq Milli Məclisin fəaliyyəti ilə bağlı sistemli şəkildə informasiyalar yayır və oxucular arasında parlamentin fəaliyyətini aydın və şəffaf şəkildə işıqlandıran etibarlı portal olmuşdu. Sayt bir qrup fədakar media nümayəndələrinin dəstəyi ilə fəaliyyət göstərsə də, maliyyə çatışmazlığı səbəbindən indi fəaliyyətini dayandırmaq məcburiyyətindədir”, – deyə E. Eyvazlı vurğulayıb.

Previous Post

“GÜZGÜ” QƏZETİNİN ƏMƏKDAŞIN APELYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

“BİZİM YOL” QƏZETİNİN ƏMƏKDAŞININ APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.