“GÜZGÜ” QƏZETİNİN ƏMƏKDAŞIN APELYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (17 iyun) Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun   sədrliyi ilə Abşeron rayon Ceyranbatan qəsəbəsinin bir qrup sakininin – İdris Zeynalov və İmran Novruzovun Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə “Güzgü” qəzetinin müxbiri Kamran Bəyəliyevə (Səxavət) qarşı irəli sürdükləri ittiham  üzrə Qubadlı rayon Məhkəməsinin 02 noyabr 2010-cu il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) K. Səxavətin özü məlumat verib.

K.Bəyəliyevin sözlərinə görə, məhkəmədə qarşı tərəfdən  İmran Novruzov, məhkəmə qərarından şikayətçi qismində isə özü və vəkili Vüqar Xasayev iştirak ediblər.

Proses müdafiə tərəfin şahid ifadələri ilə başlayıb. Daha sonra vəkil  V. Xasayev məhkəmə prosesindəki ziddiyətli məqamlara aydınlıq gətirilməsi məqsədilə Abşeron rayon Prokuroru Azər Vahabzadə, Abşeron rayon Polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Aqil Ələsgərov və Abşeron Polis Şöbəsinin tədqiqatçısı Faiq Səfərovun şahid qismində məhkəməyə cəlb olunması barədə vəsatət qaldırsa da, hakim vəsatəti təmin etməyib və növbəti prosesi 24 iyun saat 10:00-a təyin edib.

Xatırladaq ki,  2009-cu il sentyabr ayının 11-də axşam saat 11 radələrində  “Güzgü” qəzetinin müxbiri Kamran Bəyəliyev ilə Ceyranbatan qəsəbəsinin girişində  Bakı-Sumqayıt magistral yolun üstündə  Sabir Qafarova məxsus kafeni icarəyə götürmüş İdris Zeynalov və İmran Novruzov  arasında mübahisə yaranıb. Mübahisə  icarədarların K.Bəyəliyevdən işlətdikləri kafe barədə yazıları  dayandırmağı tələb etmələri ilə başlanıb.  Baş verən hadisə ilə bağlı K.Bəyəliyev haqqında məhkəməyə şikayət edilib. Məhkəmə Bəyəliyev barədə 1 il müddətinə şərti həbs cəzası hökmü çıxarıb.

“Güzgü”  qəzeti 1992-ci il iyul ayının 22-dən ayda 1 və ya 2 dəfə çap olunan iqtidaryönlü satirik nəşrdir.

 

 

Previous Post

NEMƏT PƏNAHLI 6 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Next Post

“UNİKAL” QƏZETİNİN BAŞ REDAKTORU TEXNİKABANKA QARŞI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.