“UNİKAL” QƏZETİNİN BAŞ REDAKTORU TEXNİKABANKA QARŞI

Bu gün (17 iyun) Nərimanov rayon məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə “Unikal” qəzetinin baş redaktoru Asəf Rzayevin “Texnikabank”a qarşı iddia ərizəsi əsasında məhkəmə prosesinə hazırlıq iclası keçirilib.

Asəf Rzayev jurnalist araşdırması olaraq “Unikal” qəzetində “Texnikabank”la “Amay” Açıq Səhmdar Cəmiyyəti arasında yaşanan problemləri işıqlandırdığını, buna görə “Texnikabankın” rəhbərliyinin qəzəbinə gəldiyini deyib. Bankın  rəhbərliyi dərc olunan məqalə ilə bağlı qəzet redaksiyasına heç bir irad bildirmədən Mətbuat Şurasına müraciət edib. Rzayev Mətbuat şurasına göndərilən məktubda həm redaktoru olduğu qəzetin, həm də özünün şərəf və ləyaqətinin alçaldıldığını, təhqir olunduğunu deyir.

 

Baş redaktor bununla bağlı “Texnikabank”a qarşı iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edib. Təzminat olaraq “Texnikabank”dan 1 manat məbləğində pul və qəzetin kollektivindən üzr istənilməsini tələb edilir.

 

Hakim Sənan Hacıyev məhkəmə baxışını  iyulun 12-si saat 10-a təyin etdiyini bildirib.

Previous Post

“GÜZGÜ” QƏZETİNİN ƏMƏKDAŞIN APELYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

BƏXTİYAR HACIYEV BARƏSİNDƏ KİV-DƏ APARILAN QARAYAXMA KAMPANİYASI PİSLƏNİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.