MƏHKƏMƏ HÜQUQ MÜDAFİƏÇİSİNİN APELLYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏYİB

 Noyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə   hüquq müdafiəçisi, vicdan məhbusu Vidadi İsgəndərlinin şikayəti təmin edilməyib. Bu barədə bu gün (27 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) V. İsgəndərlinin hüquqlarını müdafiə komitəsinin üzvü Xalid Bağırov məlumat verib.

Xalid Bağırov bildirdi ki, sentyabrın 12-də Qaradağ Rayon Məhkəməsi onun cəzasını qismən azaldıb və bu qərar İsgəndərlinin ittiham olunduğu maddələrdən birinin  – “döymə” maddəsinin CM-dən çıxarılması ilə əsaslandırıb:

“Həmin maddə ilə Vidadi bəyə  4 ay cəza verilsə də, Qaradağ Rayon Məhkəməsi cəza müddətini 2 ay azaldıb. Apellyasiya şikayətində cəza müddətinin 4 ay azaldılması tələbi qoyulmuşdu”, – deyə Bağırov bildirdi.
 Xatırladaq ki, Vidadi İsgəndərli ötən il aprelin 17-də İctimai Palatanın mitinqi zamanı saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin seçdiyi 15 sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra barəsində cinayət işi olduğu əsas gətirilərək həbs müddəti uzadılıb.
Vidadi İsgəndərli Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirli bilinib. Göyçay rayon Məhkəməsi 27 avqust 2011-ci ildə hüquq müdafiəçisinin  3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. 2 noyabr 2011-ci ildə Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Ali Məhkəmə 10 aprel 2012-ci il tarixində bu qərardan verilən kassasiya şikayətini təmin etməyib.

Previous Post

SAHİBKAR “BAKU STEEL COMPANY” DƏN ONA TƏZYİQ GÖSTƏRİLDİYİNİ İDDİA EDİR

Next Post

ƏVƏZ ZEYNALLI PROKURORUN SUALLARINI CAVABLANDIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.