ƏVƏZ ZEYNALLI PROKURORUN SUALLARINI CAVABLANDIRIB

Noyabrın 28-də Bakı Ağır Cinayətlər məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu dəfə baş redaktor dövlət ittihamçısı Ramazan Hadıyevin suallarını cavablandırıb.  Hadıyev  Əvəz Zeynallının sabiq deputatla tanışlıqları, “Mərkəz” qəzetinin keçmiş baş redaktoru Nigar Almanqızı ilə münasibətləri, həmçinin Gülər Əhmədova ilə bağlı yazıların məzmunu barədə suallar verib.
Zeynallı Gülər Əhmədova ilə 2003-2004-cü illərdə uşaq evləri və uşaq xəstəlikləri ilə bağlı apardığı araşdırma zamanı tanış olduğunu bildirib. O, Gülər Əhmədova ilə bağlı “Xural” qəzetində getmiş anonslara da aydınlıq gətirib
Hakim fasilə elan edərək prosesin nahardan sonra davam edəcəyini bildirsə də, sonradan dövlət ittihamçısının başqa işdə iştirakı ilə əlaqədar olaraq   proses 5 dekabr saat 14:00-a təyin edilib.
Xatırladaq ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (Külli miqdarda rüşvət alma) və 311.3.4-cü (Hədə qorxu tətbiq olumaqla rüşvət alma) maddələri ilə ittiham edilir.

Previous Post

MƏHKƏMƏ HÜQUQ MÜDAFİƏÇİSİNİN APELLYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏYİB

Next Post

ARDNŞ PREZİDENTİ JURNALİST İDRAK ABBASOVU “ƏLİNDƏ FAKTLARIN OLMASI” İLƏ ŞANTAJ EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.