XULİQANLIQDA İTTİHAM OLUNAN MÜXBİRİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (21 fevral) Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun və İlham Həsənovun  sədrliyi ilə Abşeron rayon Ceyranbatan qəsəbəsinin bir qrup sakininin – İdris Zeynalov və İmran Novruzovun Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə “Güzgü” qəzetinin müxbiri Kamran Bəyəliyevə (Kamran Səxavət) qarşı irəli sürdükləri ittiham  üzrə Qubadlı rayon Məhkəməsinin 02 noyabr 2010-cu il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə bu gün   Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) K.Bəyəliyevin özü məlumat verib.  

K.Bəyəliyevin sözlərinə görə, məhkəmədə qarşı tərəfdən  İdris Zeynalov və İmran Novruzov, məhkəmə qərarından şikayətçi qismində isə özü və vəkili Vüqar Xasayev iştirak ediblər.

Prosesdə dövlət ittihamçısı Tural Yusifovun, eləcə də şahid qismində iştirak edən    Muxtar Nəsibov, Sabir Qafarov, Ənvər Məlikov, Rəhim Fətəliyevin ifadələri dinlənilib.

Hakim V. Cəfərov ifadələri dinlədikdən sonra növbəti prosesi 7 mart saat 10:00-a təyin edib.

Xatırladaq ki,  2009-cu il sentyabr ayının 11-də axşam saat 11 radələrində  “Güzgü” qəzetinin müxbiri Kamran Bəyəliyev ilə Ceyranbatan qəsəbəsinin girişində  Bakı-Sumqayıt magistral yolun üstündə  Sabir Qafarova məxsus kafeni icarəyə götürmüş İdris Zeynalov və İmran Novruzov  arasında mübahisə yaranıb. Mübahisə  icarədarların K.Bəyəliyevdən işlətdikləri kafe barədə yazıları  dayandırmağı tələb etmələri ilə başlanıb.  Baş verən hadisə ilə bağlı K.Bəyəliyev haqqında məhkəməyə şikayət edilib. Məhkəmə Bəyəliyev barədə 1 il müddətinə şərti həbs cəzası hökmü çıxarıb.

“Güzgü”  qəzeti 1992-ci il iyul ayının 22-dən ayda 1 və ya 2 dəfə çap olunan iqtidaryönlü satirik nəşrdir.

 

Previous Post

ELAN!

Next Post

MƏHKƏMƏ HÜQUQ MÜDAFİƏÇİSİNİN İDDİASINI TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.