JURNALİSTLƏRİN İDDİASI ÜZRƏ PROSES KEÇİRİLİB

Dünən (19  oktyabr)  Bakı Apellyasiya  Məhkəməsində hakim Natiq Abbasovun sədrliyi ilə bir qrup jurnalist –  Elçin Həsənov, Əfqan Muxtarlı və Natiq Ədilovun Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə qarşı Səbail rayon Məhkəməsinin çıxardığı qərardan verdikləri  apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçılardan Elçin Həsənov və Natiq Güləhmədoğlu (Ədilov), cavabdeh tərəfdən isə Rüfət Ələkbərov iştirak ediblər.
İddiaçılar onlara qarşı fiziki zorakılıq etmiş polis əməkdaşlarının şəxsiyyətlərinin müəyyən edilərək cəzalandırılmasını və növbəti prosesdə onların məhkəmədə iştirak etmələri  barədə iddia qaldırdılar. Daha sonra məlum hadisəyə aid foto və video görüntüləri əks etdirən video materiallar hakimə təqdim edildi.
Hakim N. Abbasov növbəti prosesi 2 noyabr saat 15:00-a təyin etdi.
Xatırladaq ki, adıçəkilən jurnalistlər 10 may 2009-cu il tarixində  Səbail RPİ-nin 39-cu polis bölməsinin qarşısında fiziki təzyiqə məruz qalıb. Onlar Azərbaycan Dövlət Neft Akademiyasındakı silahlı basqında həlak olanlarla bağlı mətəm elan olunmamağına və “Gül bayramı”na etiraz edən bir qrup gəncin saxlanılması ilə bağlı məlumat əldə etmək üçün  39-cu Polis Bölməsinin qarşısında olarkən polislər tərəfindən döyülüblər.  Jurnalistlər  polisin hərəkətinin qanunsuz  hesab edilməsi xahişi ilə məhkəməyə müraciət ediblər. Səbail rayon Məhkəməsi 2 aprel 2010-cu il tarixində iddianın təmin edilməməyi ilə bağlı qərarından sonra jurnalistlər apellyasiya şikayəti veriblər.
Previous Post

ABŞERON RAYONUNDA JURNALİSTƏ TƏZYİQ EDİLİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.