ABŞERON RAYONUNDA JURNALİSTƏ TƏZYİQ EDİLİB

 Abşeron rayonunda  “İmpuls” qəzetinin əməkdaşı Cəfər Talıbova təzyiq edilib. Bu barədə bu gün (20 oktyabr ) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.

  O bildirib ki, Xırdalan rayonunda 1 saylı orta məktəbdə valideynlərlə məktəbin mühafizə işçiləri arasında qarşıdurma baş verən zaman jurnalist ora gedib və çəkiliş aparmaq istəyib. Bir müddət sonra Abşeron rayon İcra hakimiyyətinin nümayəndəsi Fikrət Novruzov ona hücum edib, diktofonunu alıb və mülki geyimli MTN işçilərinə əmr edib ki, bunu maşınla aparın Masazıra buraxın.
Cəfər Talıbov onu da qeyd edib ki, onu yarım saat müddətinə maşında bağlı şəkildə saxlayıblar.  Bu  müddət ərzində qarşıdurma davam edib və  jurnalist öz peşə fəaliyyətini yerinə yetirə bilməyib. Jurnalistin etirazına  baxmayaraq, MTN işçiləri də ona qarşı zor tətbiq ediblər. Milli Təhlükəsizlik Nazirliyinin işçiləri  və mülki geyimli şəxslər  məktəbin qarşısında etiraz edən valideynlərə də zor tətbiq edərək ərazidən uzaqlaşdırmağa çalışıblar.  Jurnalist etiraz etdiyi üçün  onu Masazıra aparmayıblar. Yarım saat keçdikdən sonra C.Talıbov sərbəst buraxılıb. Jurnalistə jurnalist vəsiqəsi və diktofonu qaytarılsa da, diktofonda olan kaset götürülmüşdür. Talıbov kaseti tələb edərkən İcra hakimiyyətinin nümayəndəsi  Fikrət Novruzov onun jurnalist fəaliyyətini təhqir etmiş və diktofonda kasetin olmadığını bildirmişdir.
Jurnalist onu da əlavə etdi ki, kasetin qaytarılması üçün Abşeron İcra hakimiyyətinə müraciət edəcək.
Previous Post

EYNULLA FƏTULLAYEVLƏ BAĞLI QƏRARA HÖKUMƏTDƏN REAKSİYA GƏLDİ

Next Post

JURNALİSTLƏRİN İDDİASI ÜZRƏ PROSES KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.