MEDİA HÜQUQU İNSTİTUTUNUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏYİB

Bu gün (17 iyun) Bakı Apellyasiya Məhkəməsində hakim Tofiq Səmədovun sədrliyi ilə Media Hüququ İnstitutunun (MHİ)

Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiasının təmin edilməməsi barədə Səbail rayon məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti üzrə proses keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) MHİ-nin proqram koordinatoru Xalid Ağəliyev məlumat verib.
Prosesdə MHİ-nin nümayəndəsi Fariz Namazov iştirak edib. MTRŞ-dən nümayəndə iştirak etməsə də, hakim apellyasiya şikayətinin qəbul edilməməsi ilə bağlı qərarı elan edib. X.Ağəliyev əlavə edib ki, qərarı əldə etdikdən sonra Ali Məhkəməyə şikayət veriləcək.
Qeyd edək ki, “Azad dalğalar” layihəsi çərçivəsində MHİ-nin MTRŞ-yə ünvanladığı sorğuda televiziya və radioların monitorinqinin hansı metodologiya üzrə aparıldığı soruşulub və bu monitorinqi tənzimləyən normativ hüquqi aktlar istənilib. MTRŞ informasiya sorğusunda qoyulan suallara tam cavab verməyib və bildirib ki, monitorinqin aparılması qanunvericiliklə tənzimlənir. Sorğuya tam cavab verilməməsi ilə bağlı Səbail rayon məhkəməsində qaldırılmış iddianın təmin edilməməsi barədə 02 fevral 2010-cu ildə qətnamə çıxarılıb.

Previous Post

“MİLAZ.İNFO” SAYTINDA PROBLEMLƏR YARANIB

Next Post

QEYDİYYATA ALINMAYAN QHT LƏR ƏDLİYYƏ NAZİRLİYİNİN QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRMƏK NİYYƏTİNDƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.