“MİLAZ.İNFO” SAYTINDA PROBLEMLƏR YARANIB

Bu gün (17 iyun) Hərbiçilərin Hüquqlarını Müdafiə Mərkəzində “Milaz.info” saytının təsisçiləri saytda yaranan problemlərlə əlaqədar mətbuat konfransı keçirdi.

Təsisçi Üzeyir Cəfərli xidmətindən istifadə etdikləri 36 saylı ATS-dən sayta daxil olmaq mümkün olmadığı üçün artıq bir həftədir ki, saytı yeniləyə bilmədiklərini diqqətə çatdırıb. Problemlə bağlı abunəçisi olduqları “Ultel” provayderinə, həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb. Üzeyir Cəfərli sayta problemlər yaratmaq məqsədilə hansısa rəsmi qurumların provayderə təsir və təzyiq etmə ehtimalının olduğunu da irəli sürüb.
Fəaliyyətə başladığı üç il ərzində dəfələrlə saytın fəaliyyətinə maneçiliklər yaradıldığını deyən Üzeyir Cəfərli, bu problemin texniki məsələ deyil, hansısa strukturların sifarişi olduğunu nəzərə çatdırıb.
Saytın həmtəsisçisi Yaşar Cəfərli isə sayta problemlər yaradılmasının arxasında Müdafiə Nazirliyinin rəhbərliyinin olduğunu vurğulayıb.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, “Milaz.info” saytının təsisçilərinin səsləndirdiyi fikirlər əsassızdır və bu bəyanatlar saytın reklam olunmasına xidmət edir.
 ““Ultel” provayderindən də bildiriblər ki, onlar tərəfindən sayta heç bir məhdudiyyət qoyulmayıb.

Previous Post

REDAKTORLAR DAXİLİ İŞLƏR NAZİRİ RAMİL USUBOVLA GÖRÜŞÜBLƏR

Next Post

MEDİA HÜQUQU İNSTİTUTUNUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.