PARTİYA RƏHBƏRİNİN ŞİKAYƏTİ AVROPA MƏHKƏMƏSİ TƏRƏFİNDƏN İCRAATA GÖTÜRÜLÜB

“Yeni Zaman” Partiyasının Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi şikayət icraata qəbul edilib.

Xəbəri bu gün (14 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna partiyanın rəhbəri Musa Ağayev verib. O bildirib ki, Ədliyyə Nazirliyi partiyanı qeydiyyata almadığı üçün, məhkəmələrə üz tutub. Lakin Azərbaycan məhkəmələri onun şikayətlərini təmin etməyib.
Qeyd edək ki, Azərbaycanda rus dilində dərc olunan “Novoye Vremya” qəzetinin təsisçisi Musa Ağayevin yaratdığı partiya 2007-ci ili avqust ayından müraciət etməsinə baxmayaraq, iki ildir Ədliyyə Nazirliyində qeydiyyatdan keçə bilmədiyinə görə, məhkəməyə müraciət edib. 3 iyun 2009-cu il tarixdə Yasamal rayon məhkəməsi, 10 sentyabr 2009-cu il tarixdə isə Apellyasiya məhkəməsi iddianı əsassız hesab edərək təmin etməyib. 18 dekabr 2009-cu ildə Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını qüvvədə saxladığına görə, M.Ağayev Avropa Məhkəməsinə müraciət edib.

Previous Post

“MÜSAVAT”in ETİRAZ AKSİYASI DAĞIDILIB

Next Post

MİLLƏT VƏKİLİNİN NAZİRLİYƏ QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.