MİLLƏT VƏKİLİNİN NAZİRLİYƏ QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Aprelin 12-də Yasamal Rayon Məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə millət vəkili Pənah Hüseynin əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova qarşı qaldırdığı iddiaya əsasən məhkəmə prosesi keçirilib

Bu barədə “Yeni Musavat” qəzeti məlumat yayıb.
P.Hüseyn prosesdə bildirib ki, 2007-ci ildən yazılı və şifahi şəkildə ƏƏSMN-ə müraciət edərək, Sabirabadda yaşayan və ünvanlı sosial yardım müavinəti alan şəxslərin ailələri, yaşadıqları ünvan, aldıqları yardımın məbləği və komissiya qərarlarının saatı göstərilməklə, məlumatların siyahı şəklində ona verilməsini istəyib. Millət vəkili qeyd edib ki, nazirlik 23.08.2007-il tarixində ünvanladığı yazılı sorğunu ümumiyyətlə cavablandırmayıb. Ondan əvvəlki və sonrakı tarixlərdə göndərilən sorğular isə ümumi şəkildə cavablandırılsa da, ünvanlı sosial yardım alan şəxslər haqda məlumat verilməyib.
Cavabdeh tərəfin nümayəndəsi 23.08.2007-ci il tarixli məktubun nazirliyə çatmadığını bildirib.  P.Hüseyn isə məktubun ünvanına çatdırıldığına və hansı tarixdə kimə təqdim edildiyinə dair rəsmi sənədi məhkəməyə təqdim edib.
Hakim nazirliyin nümayəndəsindən P.Hüseyn tərəfindən müxtəlif vaxtlarda nazirliyə göndərilən məktubların əslinin məhkəməyə təqdim olunmasını tələb edib və növbəti proses 22 aprel saat 14-30-da təyin edilib.

Previous Post

PARTİYA RƏHBƏRİNİN ŞİKAYƏTİ AVROPA MƏHKƏMƏSİ TƏRƏFİNDƏN İCRAATA GÖTÜRÜLÜB

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN “AZƏRİQAZ”A QARŞI İDDİASINA BAXILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.