“AZADLIQ” RADİOSUNUN APELLİYASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMADI

Bu gün ( 20 may) Bakı Apellyasiya Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə “Əbu Bəkr” məscidinin imamı  Qamət Süleymanovun  “Azadlıq” radiosuna qarşı qaldırdığı iddia üzrə  Yasamal rayon Məhkəməsinin çıxardığı qərardan radionun verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Qeyd edək ki,  15 dekabr 2008-ci il tarixində Yasamal rayon Məhkəməsinin hakimi Abbas Bağırov Qamət Süleymanovun iddiasını qismən təmin edərək, “Azadlıq” radiosunun internet saytında təkzib verilməsi ilə bağlı qərar çıxarıb.
Prosesdə iddiaçı tərəfdən “Media Hüquqları İnstitutu”nun vəkili, “Azadliq” radiosunun səlahiyyətli nümayəndəsi Fariz Namazlı, cavabdeh tərəfin  isə səlahiyyətli nümayəndəsi Rəşad Məmmədov iştirak edirdi.
F.Namazlı çıxışında bildirdi ki, ”Azadlıq” radiosunun internet saytında dərc olunan yazıda “Əbu Bəkr” məscidinin imamı Q.Süleymanovun şərəf və ləyaqəti təhqir olunmayıb. İddiaçı tərəf apellyasiya şikayətində əsas Yasamal rayon Məhkəməsinin “Azadlıq” radiosunun təkzib dərc etməsi ilə bağlı çıxardığı qətnamənin ləğv edilməsini,  cavabdehin hüquqlarının müdafiəsinə görə çəkdiyi xərclərin iddiaçıdan alınaraq cavabdehə ödənilməsinə dair qətnamə qəbul olunmasını istədi.
Cavabdeh tərəfdən isə səlahiyyətli nümayəndə R.Məmmədov  Yasamal rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını hakimdən xahiş etdi.
Hakim A.Bayramova da Yasamal rayon Məhkəməsinin çıxardığı qərarı dəyişdirilmədən qüvvədə saxladı.
Xatırladaq ki,  “Azadlıq” radiosunun internet saytında dərc olunmuş “Kimdir həvvariclər?” yazısında “Əbu Bəkr” məscidinin maraqlarına toxunduğunu iddia edən Q. Süleymanov Yasamal rayon Məhkəməsinə müraciət edərək, “Azadlıq” radiosunun internet saytında təkzib məqaləsinin dərc edilməsini və 50 min manat təzminat ödənilməsini tələb etmişdi. Məhkəmə isə radionun təkzib verməsi barədə qərar verərək bu iddianı qismən təmin etmişdi.
Previous Post

YENİ TELEKANALIN AÇILMASI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ İYUNDA DAVAM EDƏCƏK

Next Post

ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.