YENİ TELEKANALIN AÇILMASI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ İYUNDA DAVAM EDƏCƏK

Bu gün (20 may) 1 saylı Bakı İqtisad Məhkəməsində hakim Müseyib Bayramovun sədrliyi ilə “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” (SGHM) ictimai birliyinin Sumqayıt şəhərində yeni telekanalın açılması üçün lisenziya verilməməyinin qanunsuz hesab edilməsi iddiası üzrə  Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə  məhkəmə hazırlıq iclası keçirildi.

Prosesdə iddiaçı  SGHM-in prezidenti Elçin Məmməd və onun vəkili Əssabəli Mustafayev, cavabdeh tərəfdən isə MTRŞ-ın nümayəndəsi Toğrul Məmmədov və vəkili Nemət Cavadov iştirak edirdilər.
MTRŞ nümayəndəsi T.Məmmədov iddianı əsasız hesab edərək bildirdi ki,  bölgələrdə yerli telekanalların açılması üçün Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqələr keçirilir: “Gələcəkdə Sumqayıt şəhərində də belə müsabiqə keçirilsə, bu iddiaçılar da həmin müsabiqədə iştirak edə bilər. Müsabiqədənkənar isə biz heç bir yeni müstəqil telekanala lisenziya verə bilmərik”.
Hakim M.Bayramov növbəti məhkəmə prosesini 16 iyun saat 11:30-a təyin etdi.
Xatırladaq ki, SGHM ictimai birliyi Sumqayıt şəhərində yeni telekanalın açılması təşəbbüsü ilə 2009-cu ilin yanvar ayında MTRŞ  müraciət edib. Lakin müraciət rədd edilib.
Previous Post

“FACEBOOK”-DA MƏLUMAT YAYDIĞINA GÖRƏ MÜSAVAT GƏNCLƏR TƏŞKİLATININ ŞURA ÜZVÜ TƏZYİQLƏRLƏ ÜZLƏŞİB

Next Post

“AZADLIQ” RADİOSUNUN APELLİYASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.