GƏNC BLOQÇULARIN APELYASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMADI

Bu gün (28 avqust) Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə “Alumni Network” Gənclər təşkilatının koordinatoru,  AN onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin  Səbail Rayon Polis İdarəsində pis rəftara məruz qalmaları və onların müdafiə hüququnun pozulması ilə bağlı vəkilləri Elton Quliyev və İsaxan Aşurovun qaldırdıqları iddiaya əsasən Səbail rayon Məhkəməsinin 23 iyul tarixli qərarından verilmiş şikayət üzrə məhkəmə prosesi keçirildi.

Qapalı keçirilən proses barədə məhkəmədən sonra vəkillər məlumat verdilər.
Hakim  Q.Məmmədovun  Səbail rayon Məhkəməsinin qərarını qüvvədə saxlayaraq, şikayəti təmin etmədiyini deyən vəkillər vurğuladılar ki, məhkəmənin qərarından Avropa Məhkəməsinə şikayət edəcəklər.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılaraq, avqustun 27-də məhkəməyə göndərilib. 

Previous Post

OMBUDSMAN EMİN MİLLİ VƏ ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

Next Post

JMK AZƏRBAYCAN HÖKUMƏTİNİN GƏNC BLOQÇULARA QARŞI İTTİHAMLARI GERİ GÖTÜRMƏYƏ ÇAĞIRIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.