CABBAR SAVALANLININ APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (26 iyul)   Sumqayıt Apellyasiya Məhkəməsində hakim Lətifə Məmmədovanın sədrliyi ilə   gənc fəal Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə Sumqayıt şəhər Məhkəməsinin 4 may 2011-ci il tarixdə çıxardığı hökmdən verilmiş apellyasiya şikayəti üzrə keçirilən məhkəmə prosesi iddianın təmin edilməməyi ilə yekunlaşdı.

İclasda Cabbar Savalanlı, onun vəkili Anar Qasımov və dövlət ittihamçısı Tural Yusifov  iştirak edirdilər.

             Məhkəmə iclasında ilk olaraq ötən iclaslar zamanı müdafiə tərəfin təmin olunmuş vəsatətinə əsasən hal şahidi Rəhim Şıxəliyevin dindirilməsi nəzərdə tutulsa da, onun xəstələnməsi səbəbindən məhkəməyə gəlmədiyi bildirildi. Vəkil hal şahidi Rəhim Şıxəliyevin Sumqayıt narkoloji dispanserində 2000-ci ildən qeydiyyatda olması barədə sənədi hakimə təqdim etdi.

            Gənc fəal C. Savalanlı isə son sözündə ona verilən cəzanın sifarişli olduğunu, eləcə də həbsinin siyasi baxışları səbəbindən təşkil olunduğunu məhkəməyə bildirdi.

            Müşavirədən qayıdan məhkəmə tərkibi Sumqayıt şəhər Məhkəməsinin 4 may 2011-ci il tarixdə çıxardığı hökmün qüvvədə saxlanması barədə qərarını elan etdi.     

            Prosesdən sonra gənc fəalın həbsinə etiraz edən AXCP Gənclər  Komitəsinin sədri Əbülfəz Qurbanlı və gənc fəal  Kamran Sanatürk məhkəmənin qarşısında dayanan  polis əməkdaşları tərəfindən saxlanılaraq, 1 saatdan sonra sərbəst buraxılıblar.     

            Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Sumqayıt Şəhər Məhkəməsi Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə 4 may 2011-ci ildə hökm verib.

             Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

 

Previous Post

NEMƏT PƏNAHLININ HƏYATINA SUİ-QƏSD CƏHDİ OLUB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.