NEMƏT PƏNAHLININ HƏYATINA SUİ-QƏSD CƏHDİ OLUB

“Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının həyatına təhlükə var. Onun cəza çəkdiyi kameraya iyulun 25-də ikiqat ölümdə təqsirli bilinərək həbs edilən bir nəfər salıblar və o keçən gecə lezva ilə Nemətin boğazını kəsmək istəyib”. Bu barədə RATİ-yə N.Pənahlının qardaşı Səməd Pənahlı məlumat verdi. O bu qəsdə cəhd faktı barədə daha  geniş məlumatı ayın 28-də keçirəcəyi mətbuat konfransında verəcəyini deyib.

Xatırladaq ki, 2011-ci il yanvarın 8-də  Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı öz dostu Ceyhun Fərzullayev  ilə birlikdə vətəndaş Eldar Rzayevin şikayəti əsasında saxlanılıb. Yanvarın 10-da Nəsimi rayon Məhkəməsi Pənahlı və Fərzullayevi  Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) iki ay müddətinə həbs edib. Münaqişəyə səbəb Pənahlının Rzayevə satdığı avtomobil olmuşdu. Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlamışdı.  İyunun 17-də isə Nəsimi rayon Məhkəməsində  hakim Elman Əhmədovun sədrliyi ilə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onun dostu  Ceyhun Fərzullayevin işi üzrə məhkəmə hökmü elan edilib. Hakim Elman Əhmədov Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının 6 il, onun tanışı Ceyhun Fərzullayev barəsində isə 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

            Pənahlının doğmaları və yaxınları isə hesab edirlər ki, onun və dostunun  həbsi "P.S. Nota" qəzetində və ümumiyyətlə mətbuatda hakimiyyətin ünvanına söylədiyi tənqidi fikirlərlə bağlıdır.

Previous Post

EYNULLA FƏTULLAYEV “İNSAN HÜQUQLARI UĞRUNDA” İCTİMAİ HƏRƏKAT YARATDI

Next Post

CABBAR SAVALANLININ APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.