İyunun 28-də qohumları 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovla görüşüblər.
Bu barədə məlumatı RATİ-yə jurnalistin qohumu Cavidan Hüseynov verib.
Onun sözlərinə görə, jurnalistin saxlanma şəraitindən və həbsxana administrasiyasının ona olan münasibətdən heç bir şikayəti yoxdur, M. Hüseynovun narahatçılığı isə RATİ sədri Emin Hüseynovun döyülməsi ilə bağlıdır.