GƏNC SİYASİ MƏHBUSLARIN MÜDAFİƏ KOMİTƏSİ ABŞ PREZİDENTİNƏ VƏ AŞPA-YA MÜRACİƏT EDİB

    Bu gün (14 iyun) Gənc Siyasi Məhbusların Müdafiə Komitəsi (GSMMK) Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya və Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edib.

Müraciətin ünvanlandığı şəxslər son dövrlərdə siyasi motivlərə görə Azərbaycanda həbs edilən gənclərin azadlığa buraxılması istiqamətində səylərini artırmağa və bu məsələni Azərbaycanın rəsmiləri qarşısında qaldırmağa çağırılır.

    Müraciətdə AXCP Gənclər Komitəsinin Sumqayıt şəhər üzrə koordiantoru Cabbar Savalanlının və bitərəf fəal  Bəxtiyar Hacıyevin saxta ittihamlarla azadlıqdan məhrum edilmələri, 2005-ci ildə həbs  edilən Ruslan Bəşirlinin hələ də həbsxanada qalması, o cümlədən  2011-ci ilin 2 aprel tarixində keçirilən dinc etiraz aksiyasına görə həbs edilən gənclər – Müsavat Partiyasının Gənclər Komitəsinin sədri Tural Abbaslı, onun müavinləri Əhəd Məmmədli və Rüfət Hacıbəyli, AXCP gənclər Komitəsinin üzvü Elnur Məcidli, bitərəflər Ülvi Quliyev və Elnur İsrafilovun da təqsirsiz olaraq “cəzalandırılması” ehtimalı  barədə narahatçılıq ifadə edilir.      

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 15 İYUN 2011

Next Post

MEDİA MONİTORİNQ İNSTİTUTUNUN İDDİASI RƏDD EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.