Əvəz Zeynallının apellyasiya şikayəti təmin edilməyib

1858008

Fevralın 28-də Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı iddiasının təmin edilməməsi barədə Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr  2013-cü il tarixli qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

“Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun 2010-cu ildə Mətbuat Şurasına(MŞ) “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı etdiyi müraciətdən sonra “Turan” İA-nin direktoru Mehman Əliyevin iştirakı ilə tərəflər arasında barışıq əldə olunmasına baxmayaraq, MŞ-nın “Xural” qəzeti haqqında çıxardığı 184 saylı xəbərdarlıq qərarı ilə bağlı məhkəməyə məlumat verilib.Ə.Zeynallı ortada heç bir iddiaçı olmadığı halda bu xəbərdarlığın bir il sonra gündəmə gətirilməsini və Şuranın üzvü olmayan bir qəzetə qarşı qərəzli mövqe nümayiş etdirməsini sifarişli addım kimi dəyərləndirib. Məhkəmədə Ə.Zeynallının şahidi qismində iştirak edən “Yeni Musavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn 2010-cu ildən bu məsələnin qapandığını bildirib. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev MŞ-nın belə bir qərar vermək hüququnun olmadığını deyib.

Hakim Cəmilə Səfiyeva  Zeynallının şikayətini təmin etməyib və Nərimanov rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Əvəz Zeynallı Mətbuat Şurasına  qarşı  “xəbərdarlığın ləğv edilməsi, xüsusi rəyin etibarsız hesab edilməsi, iclas protokolunun hissəvi etibarsız hesab olunması, işgüzar nüfuza vurulmuş zərərin tutularaq ödənilməsi, cavabdeh qurumun vəzifəli şəxsləri barədə xüsusi qərardad qəbul edilməsi, təkzib verməklə üzr istənilməsi tələbi ilə Nərimanov rayon məhkəməsində iddia qaldırıb və bu iddia təmin edilməyib

Previous Post

Məhkəmə “Qanun” Nəşriyyatının iddiasını təmin etməyib

Next Post

“Mahmudov və Ağazadə Azərbaycana qarşı” və “Fətullayev Azərbaycana qarşı” işləri üzrə Azərbaycan hökumətinin Nazirlər Komitəsinə (NK) verdiyi cavabları ilə bağlı QHT-lərin şərhləri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.