Məhkəmə “Qanun” Nəşriyyatının iddiasını təmin etməyib

qa

Fevralın 28-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə “Qanun” Nəşriyyatının Vergilər Nazirliyi yanında Vergi Audit Departamentinin qanunsuz olaraq  yoxlama aparması və sənədləri götürməsi ilə bağlı verdiyi iddia üzrə məhkəmə prosesi yekunlaşıb.   Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  nəşriyyatının vəkili Müzəffər Baxışov məlumat verib.

“Məhkəməyə yeterincə dəlil, sübütlar və şahid təqdim etsəkdə iddia tələbimiz qanunsuz və əsassız olaraq təmin edilməyib. Biz bu qərarı qanunsuz hesab edirik və qərarı əldə edəndən sonra Bakı Apellyasiya Məhkəməsinə şikayət edəcəyik”, – deyə Müzəffər Baxışov qeyd edib.

“Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu bildirib ki, biz işimizi bununla dayandırmayacayıq, qərarı aldıqdan sonra Bakı Apellyasiya Məhkəməsinə və ehtiyac olarsa Avropa İnsan Hüquqları Məhkəməsinə də şikayət edəcəyik.

Ş. Xuduoğlu onu da əlavə edib ki, nəşriyyatdan götürülən sənədlər, əlyazmalar və kompüterlər hələ də qaytarılmayıb.

Xatırladaq ki, 01 Noyabr 2013 – cü il tarixində Vergi Audit Departamentinin əməkdaşları “Qanun” nəşriyyat evinə daxil olaraq yoxlama aparıblar. Yoxlama zamanı nəşriyyata aid olan sənədləri, əlyazmaları və kompüterləri götürüblər.

Previous Post

Jurnalist Natiq Cavadlı işdən azad edilib

Next Post

Əvəz Zeynallının apellyasiya şikayəti təmin edilməyib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.