APELLYASİYA MƏHKƏMƏSİ “YENİ MÜSAVAT”IN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Bu gün (2 fevral) Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin Yasamal rayon Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli qərardadından  verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib. Bu barədə  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn məlumat verib.

V. Hüseynin sözlərinə görə, hakim şikayətin təmin olunmaması barədə qərar verib.  Hüquqşünas bu qərardan Ali Məhkəməyə kasasiya şikayəti veriləcəyini istisna etməyib.

Qeyd edək ki,“Yeni Müsavat” qəzetinin nümayəndəsi Fariz Namazlı  vəsatət qaldıraraq “Yeni Müsavat” qəzetinin hüquqi ünvanı Nizami rayon ərazisində yerləşdiyi üçün işin Nizami rayon Məhkəməasində baxılması barədə qərardadın çıxarılmasını məhkəmədən xahiş etmişdi və bu vəsatət təmin edilmədiyindən qərardaddan apellyasiya şikayəti verilmişdi.

        Xatırladaq ki, Anar Məmmədov “Azadlıq” qəzetinin  01 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin Heydərovun ayısını yedilər”,   “Yeni Müsavat” qəzetinin isə 02 iyul 2010-cu il tarixli sayında əlavələrlə eyni məqalənin çapı və “Yeni Müsavat”  qəzetinin 14 sentyabr 2010-cu il tarixli sayında “Şeyx Anar Məmmədovu Dubaydan qovdu” başlıqlı məqalələrində  özünün şərəf və ləyaqətinə toxunulduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək,  məhkəməyə müraciət edib və təzminat olaraq hər qəzetdən 250 000 (min) manat məbləğində təzminat  tələb edir.

 

Previous Post

”KÜR” VƏTƏNDAŞ CƏMİYYƏT QƏRARGAHININ APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

BAYRAQ MEYDANINDA JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞDİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.