BAYRAQ MEYDANINDA JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞDİLƏR

Fevralın 2-də Bakıdakı Bayraq meydanında  Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və ərazinin mühafizəçiləri tərəfindən  “Turan” İnformasiya Agentliyinin və “Obyektiv”  TV-nin əməkdaşı Rasim Əliyevə, habelə “Amerikanın səsi”  radiosunun Azərbaycandakı təmsilçisi Tapdıq Fərhadoğluna təzyiq edilib. Jurnalistlər itələnərək ərazidən uzaqlaşdırılıb və qeyri etik ifadələrlə təhqir olunublar.

Belə ki,  səhər saat 6-da bayrağın bərkidildiyi qüllə milinin yuxarı hissəsi laxlamağa başlayıb və onun aşma təhlükəsi yaranıb. Bayraq yerə endirilib və hadisə yerinə alpinistlər gəlib. Onlar qülləyə qalxaraq onu bərkidiblər. Hətta  yaxınlıqdakı iki 9 mərtəbəli binanın sakinləri evakuasiya olunublar.

Qeyd edək ki, Bayraq meydanı 3 ilə tikilib. Meydanın ərazisi 60 hektar,onun yuxarı hissəsi isə 31 min kvadrat metr təşkil edib. Bayrağın ölçüləri 35 X 70 metrdir. Bayraq dirəyinin pyedestaldan hündürlüyü 162 metr, dəniz səviyyəsindən hündürlüyü isə 192 metrdir.

2010-cu il mayın 29-da “Ginnesin rekordlar kitabı” təşkilatı Azərbaycanın dövlət bayrağının dünyada ən böyük bayraq olduğunu təsdiqləyib

Previous Post

APELLYASİYA MƏHKƏMƏSİ “YENİ MÜSAVAT”IN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Next Post

HÜQUQ MÜDAFİƏÇİSİ GÖMRÜKDƏ HƏDƏ VƏ TƏHQİRƏ MƏRUZ QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.