“Xural” qəzetinin apellyasiya şikayəti təmin edilməyib

evez zeynalli

Aprelin 19-da Bakı Apellyasiya Məhkəməsində hakim Toğrul Əliyevin sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan  baş redaktoru Əvəz Zeynallının “Baltika-Bakı” MMC-nın baş direktoru Adam Tlexurayın iddiasına əsasən Nərimanov rayon məhkəməsinin 23 yanvar tarixli qərarından verdiyi apellyasiya şikayəti təmin edilməyib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.

M. Zeynallının sözlərinə görə, hakim T. Əliyev çox qısa müddət ərzində qərar çıxararaq, “Xural” qəzetinin 25 min manat cərimə olunması barədə qərar verib.

Xatırladaq ki, “Xural” qəzetinin bir neçə sayında (31 iyul 2011-ci il tarixli müəllifin “”Xırdalan” Pivə zavodunda nələr baş verir?” adlı, 21-27 avqust 2011-ci il tarixli “”Xırdalan” pivənin əfsanəsi qıcqırdı” başlıqlı yazılar)”Baltika-Bakı” MMC haqqında dərc olunmuş araşdırma məqalələrdə şərəf və ləyaqətin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək, qəzetin təkzib verməsini, 150 min manat cərimələnməsini istəmişdi. Nərimanov Rayon Məhkəməsi isə həmin iddianı qismən təmin edərək Əvəz Zeynallının 50 min manat cərimə olunması ilə bağlı qərar qəbul etmişdi. 28 iyun 2012-ci ildə Bakı Apellyasiya Məhkəməsiapellyasiya şikayətinin təzminat hissəsinin dəyişdirilməsi və cərimənin 50 min manatdan 25 min manata endirilməsi ilə bağlı qərar qəbul etmişdi. Bu qərardan  Ali Məhkəməyə şikayət verilib və ali məhkəmə şikayəti təmin edərək işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərib.

Previous Post

Baş redaktorun məhkəməsində şahidlər dindirilib

Next Post

İctimai Televiziyanın baş direktoru seçkiləri geniş müzakirə obyektinə çevrilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.