İctimai Televiziyanın baş direktoru seçkiləri geniş müzakirə obyektinə çevrilib

Aprelin 4-də İctimai Televiziya və Radio Yayım Şirkətinin baş direktoru vəzifəsinə müsabiqə edilib və müsabiqə üçün sənəd qəbulu aprelin 19-da başa çatıb. Aprelin 22-də isə Milli Televiziya və Radio Şurası öz  saytında müsabiqədə iştirak edən namizədlərin adını adını açıqlayıb. Məlumata görə Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu, Hüseynov Emin Rafik oğlunun namizədliyi qeydə alınıb.

İctimai Televiziyanın rəhbərliyində dəyişiklik prezident seçkiləri öncəsi media və vətəndaş cəmiyyətinə təzyiqlərin olduğu bir dövrə təsadüf edir. Prezident seçkisi öncəsi hadisələr cəmiyyətin həqiqi İctimai Televiziya istəyini bir daha ortaya qoyur. Hökumətə yaxın ənənəvi mediada hökumətdən fərqli mövqe tutan qrupların tədbirlərinin işıqlandırılmaması vətəndaş cəmiyyətində kəskin etirazlara səbəb olub.

Lakin belə görünür ki, vətəndaş cəmiyyətinin obyektivlik tələbləri media üzrə dövlət siyasətini müəyyənləşdirən şəxslər tərəfindən nəzərə alınmır.

Namizədliyini irəli sürmüş Emin Hüseynov bildirdi ki, Yayım Şurası üzvlərinin namizədlər barədə daha da məlumatlı olması və seçimlərini düzgün etməsi üçün İctimai Televiziyanın efirində namizədlər üçün debat təşkil edilməsi və seçkilərin başqa vaxta salınması ilə bağlı İctimai Televiziya və Radio Yayım Şirkətinin hazırkı baş direktoruna və Yayım Şurası üzvlərinə müraciət edib.

            Qeyd edək ki, İctimai Televiziya və Radio Yayım Şirkətinin baş direktorunun seçkiləri 23 aprel saat 11:00-d a keçiriləcək.

Previous Post

“Xural” qəzetinin apellyasiya şikayəti təmin edilməyib

Next Post

Jurnalistin işi üzrə ekspert rəyi istintaqın obyektivliyinə şübhə yaradır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.