MİTİNQDƏ HƏBS EDİLƏNLƏRİN APELLYASİYA ŞİKAYƏTLƏRİ TƏMİN EDİLMƏDİ

Martın 17-də  Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə gənc fəal Natiq İbrahimovun, hakim Həsən Əhmədovun sədrliyi ilə  Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının Səbail rayon Məhkəməsinin 12 mart 2011-ci il tarixli qərarından verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi  keçirildi.

Məhkəmənin nəzarət buraxılış məntəqəsindən prosesi müşahidə etməyə gələn media nümayəndələrinə və jurnalistlərə prosesin qapalı keçiriləcəyi bildirildi. Lakin az sonra  hakim  Ramazanovun  prosesdə iştirak üçün məhdud sayda media nümayəndələrinin prosesdə iştirakına icazə verildiyi bildirildi.  

İlk olaraq,  hakim Camal Ramazanovun sədrliyi ilə gənc fəal Natiq İbrahimovun prosesi başlanıldı və onun haqqında seçilmiş 8 sutkalıq həbs cəzası dəyişdirilmədən qüvvədə saxlanıldı.

Daha sonra hakim Həsən Əhmədovun sədrliyi ilə Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının məhkəmə prosesi başladı və onun haqqında seçilmiş 10 sutka həbs cəzası qüvvədə saxlanılıb.

Daha sonra hakim Sahibxan Mirzəyevin sədirliyi ilə Müsavat Partiyasının 12 mart mitinqi zamanı mitinq iştirakçısı olmamağına baxmayaraq mitinq iştirakçısı kimi saxlanılan Xeyrulla Ağayev apellyasiya şikayətinə baxılıb və onun da şikayəti təmin edilməyib və haqqında seçilmiş 7 sutka həbs qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, yuxarıda adları çəkilən şəxslərin hamısı Müsavat Partiyasının 12 mart mitinqi zamanı həbs ediliblər.

 

Previous Post

AZAD İSTEHLAKÇILAR BİRLİYİ QİYMƏTLƏRİN UCUZLAŞDIRILMASI ÜÇÜN KAMPANİYAYA BAŞLAYIB

Next Post

EYNULLA FƏTULLAYEVDƏ “KARSER”DƏ BİR NEÇƏ XƏSTƏLİYƏ YOLUXUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.