EYNULLA FƏTULLAYEVDƏ “KARSER”DƏ BİR NEÇƏ XƏSTƏLİYƏ YOLUXUB

Səhhəti pisləşən məhbus jurnalist Eynulla Fətullayev həkim müayinəsindən keçib. Məlumatı “Media forum” xəbər saytına martın 17-də Eynulla Fətullayevlə görüşən vəkil Anar Qasımov verib.

.

Anar Qasımov bir gün öncə mətbuata açıqlamasında Eynulla Fətullayevin ağız boşluğunda səpkilər, iltihablaşma əmələ gəldiyini demişdi.

1 saylı Cəzaçəkmə Müəssisəsində baş redaktorla görüşən vəkilin sözlərinə görə, həkimlər Eynulla Fətullayevə kandidoz (süd yarası) göbələk xəstəliyi diaqnozu qoyub: “Müalicə üçün müvafiq dərmanlar yazılıb. Jurnalistdə psoriaz xroniki dəri infeksion xəstəliyi də tapılıb. Bununla yanaşı böyrəkdə sistitin (sidik kanallarının soyuqlaması) qalıqları olduğu üçün də bir neçə dərman yazılıb. Bununla bizim müəyyən çağırışlarımıza reaksiya verilmiş oldu, amma yenə də Eynulla Fətullayev soyuq, beton karserdə qalır”.

Anar Qasımov baş redaktorun ombudsman Elmira Süleymanova və Penitensiar Xidmətin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqovla görüşmək istədiyini də qeyd edib.
Previous Post

MİTİNQDƏ HƏBS EDİLƏNLƏRİN APELLYASİYA ŞİKAYƏTLƏRİ TƏMİN EDİLMƏDİ

Next Post

GƏNCƏYƏ SƏFƏR EDƏN JURNALİSTLƏR POLİSƏ DƏVƏT EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.