“TƏZADLAR” QƏZETİNİN BAŞ REDAKTORUNUN ŞİKAYƏTLƏRİ TƏMİN EDİLİB

Bu gün (13 aprel) Nəsimi rayon Məhkəməsində hakim İ. Şirinovun sədrliyi ilə “Təzadlar” qəzetinin Mətbuat Şurasına və Şuranın sədri Əflatun Amaşova qarşı iddiasına əsasən məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçı “Təzadlar” qəzetinin baş redaktoru A. Mərzili iştirak etsə də onun vəkili və MŞ-nin nümayəndəsi iştirak etməyib.

Prosesdə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin “iş materiallarının İqtisad Məhkəməsinə göndərilməsi” barədə vəsatətinin təmin edilməməsi ilə bağlı 30 mart 2010-cu il tarixli qərardaddan verilmiş şikayətə baxılıb və iş materiallarının baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə qərar verilib.

Həmçinin Əflatun Amaşova qarşı iddiasının təmin edilməməsi ilə bağlı 30 mart 2010-cu ildə çıxarılmış qətnamədən A.Mərzilinin verdiyi şikayətin apellyasiya  məhkəməsinə göndərilməsinə qərar verilib.

Daha sonra məhkəmənin “Mətbuat Şurasının (MŞ) sədri Ə.Amaşovun qanunsuz hərəkətlərinə qadağa qoyulması” barədə 30 mart 2010-cu ildə çıxarılmış qərardaddan  qarşı tərəfin verdiyi şikayət təmin edilməyib və qərardad qüvvədə saxlanılıb.

 Xatırladaq ki, “Təzadlar” qəzetinin 29 avqust 2009-cu il tarixli sayında Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məqalə dərc olunduqdan sonra MŞ həmin ilin sentyabr ayının 16-da qəzeti “qara siyahıya” daxil edib. A.Mərzili şərəf və ləyəqətin müdafiəsi ilə bağlı bağlı məhkəmədə iddia qaldıraraq cavabdehin təzminat ödəməsini istəyib. O, həmçinin hüquqi şəxs olaraq “Təzadlar” qəzeti adından Mətbuat Şurasına qarşı da iddia qaldırıb.

Previous Post

İDDİAYA SƏBƏB OLAN ANONS EKSPERTİZAYA GÖNDƏRİLİB

Next Post

ADNAN HACIZADƏ 14 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.