MÜŞFİQ HÜSEYNOVUN HƏBSİNDƏN VERİLƏN ŞİKAYƏTƏ BAXILIB

Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin sədrliyi ilə “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun həbsindən verilən şikayət üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Məhkəmədə iddiaçı tərəfin vəkilləri Vüqar Xasayev və Ramiz Musayev, dövlət ittihamçısı Rahil İsmayılov iştirak edirdi. M. Hüseynovun vəkili V. Xasayev öz çıxışında yenidən məhkəmə istintaqının aparılması və məhkumun məhkəmədə iştirakının təmin olunması haqqında vəsatət qaldırdı. Və RATİ-nin məhkəmədə video və foto çəkiliş aparması üçün hazırladığı müraciəti hakimə təqdim etdi. Hakim vəkilin vəsatətlərinə dövlət ittihamçısının münasibətini öyrəndi. Dövlət ittihamçısı bildirdi ki, “məhkəmənin açıq keçirilməsinə baxmayaraq fikirləşirəm ki, foto və video çəkiliş haqqında müraciət təmin edilməməlidir. Qismən məhkəmə istintaqının aparılması vəsatəti təmin olunmasın. Məhkumun məhkəmədə iştirakı isə təmin olunsun”. Bundan sonra məhkəmə müşavirəyə getdi. Müşavirədən qayıdan məhkəmə heyəti məhkumun məhkəmədə iştirakı haqqında olan vəsatəti təmin etsə də, yenidən qismən məhkəmə istintaqının aparılması vəsatətini təmin etmədi. RATİ-nin məhkəmədə çəkiliş aparması ilə bağlı isə hakim bildirdi ki, “məhkəmə hazırlıq iclası olduğundan bunu işə baxış zamanı  müzakirə edəcək”. Növbəti məhkəmə 29 mart saat 14.30-a təyin edildi.
Xatırladaq ki, Müşfiq Hüseynov Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Camal Ramazanovun 21 yanvar 2008-ci il tarixində çıxardığı qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmişdi.  

Previous Post

ZAHİDOV HƏBSXANADAKI HƏYATI İLƏ BAĞLI KİTAB YAZMAĞA BAŞLAYIB

Next Post

AQİL XƏLİLİN BIÇAQLANMASI DİQQƏTDƏ SAXLANILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.