Bu gün “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilə bir sıra xarici səfirlər və diplomatik təşkilatların nümayəndələri baş çəkiblər.
ABŞ səfiri A.Xəlillə görüşəndən sonra bəyanatla cıxış edib.” Bu çirkin cinayət bizi şoka salır və dəhşətə gətirir. Bizim ürəklərimiz bu gəncin və onun ailəsinin yanındadır. Jurnalistlərə qarşı törədilən bunha bənzər hadisələr Azərbaycanda mühüm səsləri boğmağa çalışır və qorxu hissi yaradır. Mən bilirəm ki, bütün azadlığı sevən Azərbaycanlılar bizim bu kimi alçaq əməldən doğan qəzəb və məyyusluğumuzu bölüşürlər.”
Norveç Krallığının Azərbaycandakı səfiri Jon Ramberq də A.Xəlilə baş arasında. Səfir A.Xəlilə tez sağalmağı arzu edib. “Mən özüm də jurnalist olmuşam hesab edirəm ki, jurnalist tədqiqatı cox vacib məsələdir.” Səfir eyni zamanda hakimiyyətinin bu cinayətin arxasında dayananları tapıb cəzalandıracağına da ümüd etdiyini bildirib.
Almaniya səfirinin müşaviri isə jurnalistdə qarşı edilən belə bir hücumun qeyri əminlik ab-havası yaratdığını bildirib.
A.Xəlilə baş çəkən ATƏT-in Bakı ofisinin hüquq şöbəsinin nümayəndəsi Marko Roçça bu hadisədən tam xəbərdar olduğunu bildirib. “Biz 22 fevralda ona olan hücumdan sonra hadisələri diqqətlə izləyirik və təəüssüv edirik ki, dəfələrlə edilən müraciətlərə baxmayaraq bu hadisəni törədənlər hələ də həbs olunmayıb. Biz ümüd edirik ki, son hadisəni törədənlər həbs olunacaq və məhkəmə qarşısında oturacaqlar.”
A.Xəlilə baş çəkənlər arasında olan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalistlərin həbsi, və onlara olan təzyiqlər Mətbuat Şurasını həmişə narahat edir.
Qeyd edək ki, dünən AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel A.Xəlilə qarşı sui-qəsdlə əlaqədar mövqeyini açıqlayıb. Həmməruzəçi hesab edir ki, “baş vermiş hadisəyə jurnalistin bıçaqlanması yox, onun qətlə yetirilməsinə cəhd kimi yanaşılmalıdır”. A.Xəlilin xəsarət almasını “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə müqayisə edən həmməruzəçi baş vermiş cinayət işinə ciddi yanaşılmalı olduğunu xüsusi ilə vurğulayıb.