APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİN İDDİASINI TƏMİN ETMƏDİ

Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşadət Ağayevin sədrliyi ilə "İTV" mətbuat aynasında" kitabına qadağa qoyulması haqqında çıxarılmış qərardan verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.

Hakim Binəqədi rayon məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.
Xatırladaq ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Allahverən Həsənov 13 noyabr 2007-ci il tarixində "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəylinin tərtibatçısı olduğu "İTV mətbuat aynasında" kitabına qadağa qoyulması haqqında qərar çıxarmışdı. İTV bu kitabı telekanalın işgüzar nüfuzunu ləkələyən mətbu nəşr hesab edilməsi, kütləvi satışdan yığışdırılaraq məhv edilməsi və yenidən nəşr olunmaması və Rövşən Hacıbəylinin İTV kollektivindən üzr istəməsi haqqında qərarın çıxarılması tələbi ilə 20 fevral 2007-ci ildə məhkəməyə müraciət etmişdi. Məhkəmə iddianı təmin etdiyindən Rövşən Hacıbəyli Apellyasiya Məhkəməsinə şikayət vermişdi.

Previous Post

“XURAL”IN BAŞ REDAKTORU ƏVƏZ ZEYNALLI BİR DAHA MƏHKƏMƏYƏ VERİLDİ

Next Post

MƏHBUS JURNALİSTDƏN ACLIĞI DAYANDIRMAQ XAHİŞ OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.