“XURAL”IN BAŞ REDAKTORU ƏVƏZ ZEYNALLI BİR DAHA MƏHKƏMƏYƏ VERİLDİ

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Azərbaycan” Nəşriyyatının direktoru Ağabəy Əsgərov tərəfindən növbəti dəfə məhkəməyə verildi.

Bu haqda RATİ-yə məlumat verən baş redaktorun sözlərinə görə məhkəməyə səbəb qəzetdə gedən məqalələr olub. Belə ki, qəzetin 20-26 yanvar 2008-ci il tarixində “Mətbuat düşməni Ağabəy Əsgərov” və 2-15fevral 2008-ci il  tarixli sayında “Ağabəy Əsgərov Apellyasiya məhkəməsinə təzyiq göstərir” başlıqlı məqalələr dərc olunub. A.Əsgərov iddia ərizəsində baş redaktor haqqında Cinayət Məcəlləsinin 147.1 (böhtan), 147.2 (təhqir) maddəsi ilə cinayət işinin aşılmasını istəyib.

Previous Post

MÜXALİFƏT QƏZETİNİN NƏŞRİ BƏRPA OLUNDU

Next Post

APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİN İDDİASINI TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.