Apellyasiya Məhkəməsi də Anar Məmmədlini həbsdə saxladı

anar

Dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsində Seçkilərin Monitorinqi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli barəsində 3 aylıq həbs qətimkan tədbirinin  seçilməsi barədə Nəsimi Rayon Məhkəməsinin 16 dekabr tarixli qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

Apellyasiya Məhkəməsi Məmmədlinin şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Hüquq müdafiəçisinin vəkili Elçin Sadıqov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, məhkəmə öz qərarını Məmmədlinin “istintaqa mane ola biləcəyi, istintaqdan gizlənə biləcəyi” ilə əsaslandırıb.

Müdafiə tərəfi bu dəlilləri əsassız hesab etdiyini və məhkəməyə  həbs  qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatət verildiyini bildirib.

Xatırladaq ki, Anar Məmmədli dekabrın 16-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 192.2.2 ( qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2(vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə)  maddələri ilə ittiham irəli sürülüb. Dekabrın 16-da Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Previous Post

Pərviz Həşimlinin şikayəti təmin edilməyib

Next Post

Azərbaycan Vətəndaş Cəmiyyətinin Birgə Bəyanatı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.