“JURNALİSTİN PEŞƏ FƏLİYYƏTİNƏ GÖRƏ HƏBS EDİLMƏSİ AŞ PRİNSİPLƏRİ İLƏ BİR ARAYA SIĞMIR”

“Jurnalistin peşə fəliyyətinə görə həbs edilməsi Avropa Şurasının prinsipləri ilə bir araya sığmır”.

“Azadlıq” radiosunun məlumatına görə, bunu İrlandiya parlamentinin və Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvü, hazırda Avropa Şurasının eksperti olan Paskal Muni Azərbaycanda jurnalistlərin həbsdə olmasına     münasibət     bildirərkən     deyib:
“İrlandiyada – mənim ölkəmdə jurnalistlərin dedikləri və ya yazdıqlarını hakimiyyət qəbul etməsə və onların həbsi bilavasitə peşə fəaliyyətləri ilə bağlı olsa, bunun qarşısı alınar”.
Muni deyib ki, seçki kampaniyasında hər bir jurnalistin başlıca vəzifəsi obyektivlik və balansı, eləcə də bütün tərəflərin mövqelərini açıq və şəffaf şəkildə geniş auditoriyaya çatdırmaqdır.  O, hesab edir ki, seçki zamanı müxtəlif məsələlər ortaya çıxa bilər. Belə halda isə seçicilərə qərəzsiz və təfərrüatlı məlumatın çatdırılması üçün jurnalistlərdən peşəkarlıq     tələb     olunur.
Previous Post

MƏTBUAT ŞURASI “BÖYÜK NAXÇIVAN” QƏZETİNƏ XƏBƏRDARLIQ EDİB

Next Post

“JURNALİSTİN PEŞƏ FƏLİYYƏTİNƏ GÖRƏ HƏBS EDİLMƏSİ AŞ PRİNSİPLƏRİ İLƏ BİR ARAYA SIĞMIR”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.