MƏTBUAT ŞURASI “BÖYÜK NAXÇIVAN” QƏZETİNƏ XƏBƏRDARLIQ EDİB

Mətbuat Şurası “Böyük Naxçıvan” qəzetinə xəbərdarlıq edib.

Şuradan APA-ya verilən məlumata görə, buna qəzetin 21 avqust -1 sentyabr tarixli sayında dərc olunan “Zəngi liseyi “zəncir” gəmirir” sərlövhəli yazı səbəb olub.
Məlumata görə, Zəngi liseyinin rəhbərliyi “Böyük Naxçıvan” qəzetində gedən bu yazı ilə bağlı şuraya şikayət məktubu ünvanlayıb. Şuranın Şikayətlər üzrə Komissiyasının iclasında müraciətə baxılıb və müvafiq rəy çıxarılıb: “Rəydə məqalədə faktların qəsdən təhrif olunduğu, şər və böhtan xarakterli fikirlərin verildiyi bildirilməklə yanaşı, qəzetin həmin sayının orada adı çəkilən təhsil müəssisəsinə göndərilməsi və digər hallar “reket” jurnalistikaya xas dəst-xətt kimi dəyərləndirilib. Eyni zamanda bildirilib ki, “Böyük Naxçıvan” qəzeti gələcək fəaliyyətində etik prinsiplərə sayğısız yanaşacağı halda Şura bu qəzet barədə qanuna müvafiq ölçü götürülməsi üçün müvafiq tədbirlər həyata keçirəcək”.
Previous Post

JURNALİSTLƏRƏ VƏ AİLƏ ÜZVLƏRİNƏ YARDİM EDİLİB

Next Post

“JURNALİSTİN PEŞƏ FƏLİYYƏTİNƏ GÖRƏ HƏBS EDİLMƏSİ AŞ PRİNSİPLƏRİ İLƏ BİR ARAYA SIĞMIR”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.