“BAKI-XƏBƏR” QƏZETİNİN MALİYYƏ VƏSAİTLƏRİNƏ QOYULAN HƏBS LƏĞV OLUNDU

Ötən həftə xəbər vermişdik ki, Məhkəmə Qərarlarının İcrası İdarəsinin Yasamal Rayon Şöbəsinin rəis müavini Zaur Abdullayevin imzası ilə “Bakı-xəbər” qəzetinin satışdan daxil olan maliyyə vəsaitlərinə həbs qoyulması barədə “Qaya”, “Qasid”, “Azərmətbuatyayım” firmalarına və qəzetin özünə məktub göndərilmişdi.

Məktubda qeyd olunurdu ki, qəzetin satışdan daxil olan maliyyə vəsaitlərinə həbs qoyulması barədə Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2007-ci il tarixində çıxardığı qərardaddan Yasamal Rayon Məhkəməsinin özünə şikayət verilə bilər.
Bunu rəhbər tutan “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev məhkəməyə şikayət vermişdi. Bu gün Yasamal Rayon Məhkəməsinin hakimi Tahir İsmayılovun sədrliyi ilə həmin şikayət üzrə proses keçirilib. Prosesdə  Zaur Abdullayev və  Aydın Quliyev iştirak edib. Hər iki tərəf razılığa gəldikdən sonra hakim qərar çıxardı. Qərara əsasən, qəzetin satışdan daxil olan maliyyə vəsaitlərinə qoyulan  həbs ləğv olundu və qəzetin üzərinə hər ay kəsilmiş cərimənin bir hissəsinin ödənilməsi öhdəliyi qoyuldu.
Xatırladaq ki,  Ucar rayon sakini Şahlar Ələkbərovun iddiası əsasında “Bakı-Xəbər” qəzetinin 2179 manat 40 qəpik məbləğində cərimənin ödənilməsi haqqında qərar çıxarılmışdı. Qəzet cərimənin hissə-hissə ödənilməsinə razı olduğunu bildirmişdi.

Previous Post

RTR TELEKANALININ YAYIMININ BƏRPASI ÜÇÜN DANIŞIQLAR APARILACAQ

Next Post

BAŞ REDAKTOR YAŞAYIŞINDAN NARAZIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.