BAŞ REDAKTOR YAŞAYIŞINDAN NARAZIDIR

“Nota bene” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin RATİ-yə verdiyi məlumata görə, onun məhkəmə qərarı ilə islah işlərinə məhkum edilməsi jurnalistin yaşayışına və sosial durumuna mənfi təsir göstərir.

Aylıq gəlirinin olmadığını deyən Əlibəyli 8 il işsiz olduğunu xatırladaraq, qeyd edib ki, “mən ailəmlə bir yerdə oğlumun əlillik pensiyası ilə dolanıram və dostlarımdan biri mənə ayda 50 manat verməklə yardım edir. Bu haqda  Məhkəmə Qərarlarının İcrası İdarəsinin Xətai Rayon Şöbəsinə arayış təqdim etsəm də, artıq üç aydır ki, mən davamlı olaraq, dövlət nəfinə ayda 10 manat ödəyirəm”.
Əlibəyli hesab edir ki, islah işlərinə məhkum edilməsinə səbəb olan məqalədə İlham Əliyevi və bəzi məqamlarda Mehriban Əliyevanı tənqid etdiyi üçün ondan əvəz çıxırlar.
Xatırladaq ki, "Nota bene" qəzetinin baş redaktoru Sərdar Əlibəyli  Daxili İşlər naziri Ramil Usubovun və Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci (böhtan atma, şərəf və ləyaqətin alçaldılması) maddələri ilə qaldırdıqları xüsusi ittiham əsasında Nərimanov Rayon Məhkəməsinin 30 yanvar 2007 – ci il tarixli qərarı ilə 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilmişdi. Apellyasiya Məhkəməsi və Ali Məhkəmə bu qərarı qüvvədə saxlamışdı.   

Previous Post

“BAKI-XƏBƏR” QƏZETİNİN MALİYYƏ VƏSAİTLƏRİNƏ QOYULAN HƏBS LƏĞV OLUNDU

Next Post

ƏFV EDİLMİŞ JURNALİST ÖLÜMLƏ HƏDƏLƏNİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.